Azərbaycan ilk dəfə alkoqolsuz şərab istehsalına start verib

Date:

Paylaş:

Azərbaycan tarixində ilk dəfə olaraq alkoqolsuz şərab istehsalına başlayıb.

Bu barədə “Az-Granata” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal üzrə direktor müavini Vüqar Mikayılov deyib.

Onun sözlərinə görə, şirkət bir aydır ki, alkoqolsuz şərab istehsal edir: “Belə ki, bu şərab alkoqollu şərabın vakuum aparatından keçirilməsi nəticəsində alınır. Şərab “Rubai 0%” adı ilə istehsal edilərək satışa buraxılıb. Şərab əsasən ixrac üçün nəzərdə tutulub. Artıq bu məhsul Çexiyaya ixrac edilir. Yaxın günlərdə “Az-Qranata” həmin məhsulu Ukraynaya da ixrac edəcək. Şərabın bir-neçə ölkəyə ixrac edilməsi planlaşdırılır”.

V.Mikayılov qeyd edib ki, alkoqolsuz şərab xərçəng xəstəliyinin yaranma riskini azaldır, artıq çəkidən azad edir.:
“Alkoqolsuz şərabın tərkibindəki resveratrol, poliflavanoillər və bir sıra kompleks birləşmələr güclü antioksidant xüsusiyyətlərə malikdir. Bu da insanlarda xərçəng kimi ağır xəstəliyin yaranma riskini önəmli dərəcədə azaldır, bədəndə radioaktiv şüalanmanın qarşısını alır. Həmçinin bu şərabdan hər gün 150 millilitr istifadə etməklə artıq çəkidən azad olmaq mümkündür”.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...