Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 21,957 mln. ABŞ dolları dəyərində humanitar yük, təmənnasız kömək və texniki yardım idxal olunub.
Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 12,332 mln. dollar və ya 36% azdır.
Bununla yanaşı hesabat dövründə Azərbaycan 712 min dollar dəyərində humanitar yük, təmənnasız kömək və texniki yardım ixrac edib ki, bu da illik müqayisədə 2 dəfə çoxdur.