Azərbaycan polipropilen və polietileni əsasən Türkiyə, Rusiya, Ukrayna, Belarus, Polşa və Litvaya ixrac olunur.
Bunu Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) bildiriblər.
Məlumatda qeyd olunub ki, “SOCAR Polymer” zavodundan istehsal olunan məhsulun böyük hissəsi ixrac olunur.
O da bildirilib ki, bu ilin yanvar-iyun aylarında 52 tona yaxın polipropilen və polietilen ixrac olunub.
Qeyd edək ki, “SOCAR Polymer” 2013-cü ildə yaradılıb.