Bu ilin ilk yarısında Azərbaycanda idxal edilən mühərriksiz ikitəkərli velosipedlər gömrükdə ortalama bir ədədi 30,36 dollara rəsmiləşdirilir. Lakin bu devalvasiya ilində (2015) olduğundan təxminən 50% çoxdur.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, ilin ilk yarısında xaricdən bəyan edilmiş ümumi dəyəri 4 mln. dollar olan 133,2 min velosiped alınıb.
2018-ci ilin eyni dövrü ilə müqayisədə alınan velosipedlərin sayı 7,1%, bir velosipedin orta qiyməti isə 4 dollar artıb.