Bu ilin yanvar-avqust aylarında Azərbaycan 58 404,94 min ABŞ dolları dəyərində 1 346 042,23 min kVt-saat elektrik enerjisi ixrac edib.
Hesabat dövründə Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 2% azalıb, həcmi isə 6,5% artıb.
Məlumata əsasən, yanvar-avqust aylarında elektrik enerjisinin ixracı Azərbaycanın ümumi ixracında 0,43% təşkil edib.