Bu gün BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının açılışı olub.
“Bizplus.az” xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimovun sözlərinə görə, Azərbaycan artıq həm də donor ölkə kimi layihələrin maliyyələşdirilməsində iştirak edəcək.
Nazir qeyd edib ki, kənd təsərrüfatı məhsullarının ümumi həcmi 2018-ci ildə 2017-ci ilə nisbətdə 4 faizdən çox artıb. Süd məhsulları və meyvə-tərəvəzlə özünü təminat yüksək səviyyədədir, tərəvəzlə təminat isə 100 faizdir.
İ.Kərimovun sözlərinə görə, BMT-nin FAO təşkilatı ilə 50-yə yaxın layihə üzrə əməkdaşlıq edirlər. Bu layihələr toxumçuluq, fitosanotar xidmətlər, məhsul istehsalı üzrə dəyər zənciri, iribuynuzlu heyvandarlığın inkişafı kimi sahələri əhatə edir.
Gələcəkdə fındıqçılıqla bağlı birgə layihələr həyata keçiriləcək