Azərbaycan bu meyvənin xaricə satılmasından 45 milyon dollardan çox pul qazanıb

Date:

Paylaş:

“Bizplus.az”xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2018-ci ilin noyabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 181 milyon ABŞ dolları təşkil etmişdir. 2018-ci ilin noyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısına Rusiya (88,4 milyon ABŞ dolları) liderlik etmişdir. Daha sonra bu siyahıda Türkiyənin (27,5 milyon ABŞ dolları), Gürcüstanın (10,6 milyon ABŞ dolları), İsveçrənin (8,9 milyon ABŞ dolları), Ukraynanın (7,8 milyon ABŞ dolları) və digər ölkələrin adları vardır. Cari ilin noyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (45,2 milyon ABŞ dolları) birinci, qabığı təmizlənmiş meşə fındığı (14,5 milyon ABŞ dolları) ikinci olmuşdur. Bu siyhaıda üçüncü yeri pomidor (12,3 milyon ABŞ dolları) tutmuşdur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...