Azərbaycan brendinin saxta restoranı istifadəyə verilib

Date:

Paylaş:

Son vaxtlar şöbələrinin sayı artan və hər gün məşhurlaşan “Doneretto” restoranlar şəbəkəsi haqsız rəqabətlə üzləşdiyini açıqlayıb.  

“Marja” xəbər verir ki, Fevral ayında Şirvan şəhərində “Doneretto”nun loqosu və korporativ üslubu ilə restoran istifadəyə verilib. Bakıdakı “Doneretto” restoranından bildirilib ki, bunu adı oğurluqdur: “Bizim şirkətin Şirvan şəhərində heç bir filialı yoxdur. Bunu hər kəsin bilməsini istəyirik”.

Şirvan şəhərindəki restoranın İnstagram səhifəsində açıqlanıb ki, “Doneretto bir Rafiqoğlu brendidir”.  Məlumata görə, Şirvan şəhəri Səməd Vurğun küç, 1 ünvanında yerləşən restoran 2 qardaş tərəfindən istifadəyə verilib.

Qeyd edək ki, hazırda, Bakıda 4 ünvanda (2-si Neftçilər metrosu çıxışında , N.Nərimanov metrosunun çıxışında və Bakıxanov qəsəbəsində “Aygun Mall”ın həyətində) “Doneretto” fast-fud restoranı fəaliyyət göstərir. Bakıda ilk “Doneretto” restoranı 2016-cı ilin Martında istifadəyə verilib. O zamandan bəyan edilib ki, “Doneretto” bir Azərbaycan brendidir.

“Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının qanununa görə, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi rəqibin təsərrüfat fəaliyyətinin təqlididir. Əmtəə nişanının təqlidinə görə maliyyə sanksiyaları nəzərdə tutulub.

Əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır).

Saxta olduğu bildirilən “Doneretto” restoranı

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...