Azərbaycan biznesinə dəstək tədbirləri orta müddətli dövrü əhatə edəcək

Date:

Paylaş:

Koronavirus böhranının iqtisadiyyatımıza mənfi təsirinin azaldılması ilə bağlı Prezident Sərəncamına uyğun yaradılan dörd işçi qrupu tam gücü ilə fəaliyyət göstərir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi  xəbər verir ki, ilk olaraq pandemiyanın iqtisadiyyata təsirini qiymətləndirmək üçün İqtisadiyyat nazirinin rəhbərliyi ilə yaradılan İşçi Qrupun öz təkliflərini müvafiq qaydada təqdim etməsi gözlənilir:

“Artıq pandemiyadan zərər çəkən sektorlar ilkin olaraq müəyyənləşdirilib, eyni zamanda bu sahələrdə olan sahibkarların siyahısı üçün meyarlar üzərində iş gedir. Turizm, ictimai iaşə, ticarət, nəqliyyat və s. sahələr də daxil olmaqla 12 sektor ilkin olaraq müəyyənləşdirilib. Bu zaman obyektiv təhlillər və sahibkarların rəyləri əsas götürülüb. Qlobal şokların təsiri altında sahibkarların üzləşdikləri çətinliklər, o cümlədən, vergi, gömrük, icarə, kredit və s. sahələrdə dəstək mexanizmləri müzakirə olunur.

Artıq pandemiyanın təsiri altında qlobal iqtisadiyyat resessiyaya daxil olub və böhranın nə zaman bitəcəyi dəqiq bilinmir. Buna görə də Azərbaycan biznesinə dəstək tədbirləri təkcə qısa müddətli dönəmi deyil, həm də orta müddətli dövrü əhatə edəcək. Ölkə iqtisadiyyatı qısa müddətli dönəmdə dayanıqlılığını saxlamaqla yanaşı, orta müddətli dönəmdə – post-koronavirus dövründə davamlı inkişafını təmin etməlidir. Qlobal şokların mənfi təsirinə baxmayaraq, neft kimyası, qaz kimyası, aqrar sektor, informasiya və rabitə xidmətləri ilin əvvəlindən iki rəqəmli artım tempi göstəriblər. Bu ildən ölkədə təbii qaz hasilatı da sürətlə artmağa başlayacaq. Bütün bu sahələr multiplikativ effekt yaradaraq dəyər zənciri üzrə digər sahələrin inkişafını şərtləndirə bilər. Beləliklə, resessiyaya daxil olan sahələrlə yanaşı, ayaqda dayanan sektorlarımızın hesabına iqtisadi artımın kəskin düşməsinin qarşısını almaq olacaq.

Pandemiyadan zərərçəkən sahələrdə muzdlu işçilərin sosial müdafiəsi gücləndiriləcək və çalışılacaq ki, zərərə düşən müəssisələr işçiləri kütləvi ixtisar etməsinlər. Eyni zamanda məşğulluq tədbirləri həyata keçiriləcək. Özünüməşğulluq, ödənişli ictimai işlər və ünvanlı sosial yardımın əhatə dairəsi genişləndiriləcək. Aztəminatlı insanların böhranın təsirindən qorunması üçün əlavə tədbirlər görüləcək.

Nəzərə almaq lazımdır ki, Azərbaycan hökuməti qlobal şoklarla mübarizəni neftin hər barel üçün 30 dollardan aşağı qiyməti şəraitində, başqa sözlə, büdcədə nəzərdə tutulan proqnozdan iki dəfə aşağı qiymət səviyyəsində aparır. Belə şəraitdə makroiqtisadi sabitliyin qorunub saxlanılması hökumətin diqqət mərkəzindədir. Mərkəzi Bankın sədrinin rəhbərliyi ilə yaradılan İşçi Qrupu iki ay müddətində bank sektoruna və makroiqtisadi mühitə ehtimal olunan mənfi təsirləri qiymətləndirəcək. Bunun əsasında manatın sabitliyi və inflyasiyanın nəzarətdə saxlanılması üçün əlavə tədbirlər görüləcək.

Dünya iqtisadiyyatı ilk dəfə olaraq bu qədər dərin resessiya və pandemiya ilə eyni vaxtda qarşılaşır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı bu sınaqdan uğurla çıxıb rəqabət qabiliyyətini artırmaq əzmindədir. Bunun üçün dövlət-biznes-əhali həmrəyliyi vacibdir.”

Trend

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...