Hazırda Azərbaycanda 300 min arı ailəsi var ki, hər ailədən də ildə 10 kq bal götürülür. “Report” xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq şöbəsinin müdiri Qalib Əbdüləliyev deyib: “Təbii ki, bu çox aşağı rəqəmdir”.
Q.Əbdüləliyevin sözlərinə görə, bu rəqəm dünya təcrübəsində 20,5 kq-dir.
“Hazırda dünya bazarında balın orta qiyməti 3,5 dollar/kq-dır. Amma Azərbaycan balını rahat 8 dollara satmaq mümkündür. Bu gün Azərbaycanda adambaşına 280 qram bal düşür. Bu rəqəmin 1 kq-a çatdırılmasına çalışırıq. Ölkəmizdə arıçılıqla 6 min insan məşğul olur. Potensialımız var ki, bu rəqəmi 2 dəfə artıraq və biz buna çalışacağıq”, – deyə şöbə müdiri qeyd edib.
670659 716348youve got an crucial weblog proper here! would you wish to make some invite posts on my weblog? 130542