Azərbaycan Almaniyaya neft ixrac edən ölkələr arasında 7-ci yerdədir

Date:

Paylaş:

Azərbaycan Almaniyaya xam neft ixrac edən ölkələr arasında yeddinci yerdə qərarlaşıb.

Bu barədə Almaniyanın İqtisadiyyat və İxraca Nəzarət Federal İdarəsindən bildirilib.

İqtisadiyyat və İxraca Nəzarət Federal İdarəsinin ilkin hesabatına görə, 2019-cu ilin iyul ayında Almaniya Federativ Respublikası 8,0 milyon ton xam neft idxal edib ki, bu da ötən ilin müvafiq ayı ilə müqayisədə 6,2% çoxdur (7,5 milyon ton).

Ümumilikdə isə 2019-cu ilin yanvar-iyul ayı ərzində ixrac edilən xam neftin həcmi ötən illə müqayisədə 4.4% azalıb.

Federal İdarənin hesabatına görə, 2019-cu ilin yanvar-iyul aylarında Almaniyaya xam neft ixrac edən ölkələr arasında Rusiya Federasiyası 15,2 milyon tonla birinci yerdə qərarlaşıb. Almaniyaya müvafiq olaraq Böyük Britaniya 6,0 milyon ton, Norveç 5,9 milyon ton, Liviya 4,7 milyon ton, Qazaxıstan 3,7 milyon ton və ABŞ 2,8 milyon ton xam neft ixrac edib.

Azərbaycan isə 2019-cu il yanvar-iyul ayları ərzində Almaniyaya 2,7 milyon ton xam neft ixrac edib ki, bu da ötən illə müqayisədə azdır. Belə ki, ötən ilin müvafiq dövrü ərzində Almaniyaya 3,1 milyon ton xam neft ixrac olunub.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...