“Ticarət dövriyyəsinin dinamikasından asılı olaraq Azərbaycan ABŞ-da ticarət evi aça bilər”.
Bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib.
“Bizim araşdırmalarımız davam edir. Azərbaycanın qeyri-neft məhsullarının ixracı üçün prioritet olan və aktiv bazar olaraq önə çıxa ölkədə Azərbaycanın ticarət evləri açıla bilər”, – deyə o bildirib.
Nazir müavininin sözlərinə görə, indiki mərhələdə Azərbaycan nisbətən yaxın bazarlarda ticarət evlərinin açılması istiqamətində işlər görür: “Artıq Rusiya, Çin, BƏƏ və Mərkəzi Avropa üzrə ticarət nümayəndələri təyin edilib. Ticarət nümayəndələri öz fəaliyyətlərinə başlayıblar. Eyni zamanda, Ukraynada yaxın günlərdə ticarət evinin tam fəaliyyətə başlamasını gözləyirik. Digər bazarlarda da ticarət evlərinin açılması istiqamətində işlər görülür”.