Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində keçirilən “Ər-Riyad Səyahət Sərgisi 2019”da iştirak edir.
Agentlikdən verilən məlumata görə, 10-dan çox yerli turizm şirkətinin iştirak etdiyi sərgidə ölkənin turizm potensialının tanıdılması üçün Yaxın Şərq regionu və Səudiyyə Ərəbistandan olan turizm şirkətləri ilə ikitərəfli görüşlər keçirilir. Azərbaycan Turizm Bürosu sərgi çərçivəsində müxtəlif tanıtım platformalarında xüsusi imkanlar yaradan “Qızıl sponsorluq”la təltif olunub.
Sərgi 8 ildir ki, Yaxın Şərq regionunun əsas turizm iştirakçılarını bir araya toplayaraq turizm üzrə faydalı əməkdaşlıqlar üçün uğurlu platforma rolunu oynayır.
Qeyd edək ki, ötən ilin dekabrından etibarən Səudiyyə Ərəbistanda Azərbaycanın rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir.