Azərbaycan əhalisinin gəlirləri artıb

Date:

Paylaş:

2019-cu ilin yanvar-mart aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 5,5 faiz artaraq 12 milyard 590,6 milyon manat təşkil edib.

Əhalinin hər nəfərinə düşən gəlirlər 1275,7 manat olub. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 11 milyard 567,3 milyon manatlıq vəsait qalıb.

2019-cu ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 8,6 faiz artaraq 554,9 manat təşkil edib. Əməkhaqqı neft sektorunda 2824,9 manat, qeyri-neft sektorunda 501,7 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 446,5 manat, özəl müəssisələrdə isə 696,7 manat olub.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...