Ötən il Azərbaycanda əhalinin restoranlara nə qədər pul xərclədiyi açıqlanıb.
Bizplus.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ildə ictimai iaşə dövriyyəsi 2018-ci illə müqayisədə 6,7% artaraq 1 milyard 656 milyon manat olub.
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 42,3%-i hüquqi şəxslərin, 57,7%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb. Hüquqi şəxslər üzrə dövriyyə 2018-ci illə müqayisədə 6,4% artaraq 694,4 milyon manat olub.