Əsas səhifə Tenderlər Digər “Azərsu” açıq tender elan edir

“Azərsu” açıq tender elan edir

228
Paylaş

“Bizplus.az” xəbər verir ki, tender qurumun daxili vəsaiti hesabına Ceyranbatan Su Təchizatı İdarəsinin Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksində yerləşən 200 mikronluq incə dənəli süzgəclərdə təmir işlərinin icrası ilə bağlı 11 ədəd platformanın quraşdırılması işlərinin satınalınması məqsədilə keçirilir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 11 fevral 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 18 fevral 2019-cu il saat 16.00-a qədər Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin Satınalmaların Təşkili və İdarə Olunması Departamentinə təqdim etməlidirlər. İddiaçıların təklifləri 19 fevral 2019-cu il saat 16.00-da yuxarıda göstərilən ünvanda açılacaq.

Tenderdə iştirak haqqı 200 manatdır.