Əsas səhifə Tenderlər “Azərsu” açıq tender elan edir

“Azərsu” açıq tender elan edir

51

“Azərsu” ASC daxili vəsaiti hesabına akkumulyator batareyalarının, süzgəclərin, əyləc qəliblərinin, yağların və şinlərin satın alınması məqsədilə açıq tender elan edir.

Tender 5 lot üzrə keçirilir.

Lot- 1. Akkumulyator batareyalarının satın alınması.
Lot -2. Süzgəclərin satın alınması.
Lot -3. Əyləc qəliblərinin satın alınması.
Lot -4. Yağların satın alınması.
Lot -5. Şinlərin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcək.

-aşağı qiymət, yüksək keyfiyyət, təcrübə və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin Təchizat və Satınalmaların İdarə Olunması Departamentindən (əlaqələndirici şəxs Ağaəli Mirzəyevdən, 431 47 67/2246

(agali.mirzeyev@azersu.az.)ala bilərlər.
İştirak haqqı hər bir lot üçün 300 manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

– tenderdə iştirak etmək üçün yazılı müraciət (tender komissiyasının adına);
– tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
– tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
– tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
– iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
– iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
– iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
– əsas şərtlər toplusunda nəzərdə tutulmuş digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 29 iyul 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 6 avqust 2019-cu il saat 16.00-a qədər Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin Təchizat və Satınalmaların İdarə Olunması Departamentinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 7 avqust 2019-cu il saat 16.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Rəy bildir

Please enter your comment!
Please enter your name here