Əsas səhifə Tenderlər “Azəristiliktəchizat” xüsusi texnika və nəqliyyat vasitələri üçün ehtiyat hissələri alır – TENDER

“Azəristiliktəchizat” xüsusi texnika və nəqliyyat vasitələri üçün ehtiyat hissələri alır – TENDER

203
Paylaş

“Azəristiliktəchizat” ASC açıq tender elan edir.

“Bizplus.az” xəbər verir ki, tender 2 lot üzrə istilik şəbəkələrində qəzatəmir və yenidənqurma işlərindən sonra asfalt örtüyünün bərpasının satınalınması və istilik təchizatı təsərrüfatlarında xüsusi texnika və nəqliyyat vasitələrinin ehtiyat hissələrinin satınalınması məqsədilə keçirilir.

İddiaçılar tender təklifi və bank təminatını möhürlənmiş ikiqat zərfdə 21 fevral 2019-cu il saat 16.00-a qədər “Azəristiliktəchizat” ASC-nin Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 3 nömrəli ünvana (əlaqələndirici şəxs-Rafiq Əliyevdən, telefon- 579 52 98) təqdim etməlidirlər. İddiaçıların təklifləri 22 fevral 2019-cu il saat 16.00-da yuxarıda göstərilən ünvanda açılacaq.

İştirak haqqı hər bir lot üçün 100 manatdır.