Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər “Azərişıq” 2 milyon 362,7 min manatlıq müqavilə imzalayıb

“Azərişıq” 2 milyon 362,7 min manatlıq müqavilə imzalayıb

155
Paylaş

“Azərişiq” ASC yanvarın 23-də 1 milyon 390 min ABŞ dollar ekvivalenti məbləğə avtomobil şinləri alınması üçün müqavilə imzalayıb. Onların sayı açıqlanmır.

Dövlət müqavilələrinin reyestrinə əsasən, müqavilə “Gatdigital” QSC ilə bağlanılıb.

Müqavilənin qiyməti 2 milyon 362,7 min manat təşkil edir.

Həmçinin “Azərişıq” ASC 1 fazalı SMS sayğaclarının tədarükçüsünü seçib.

Dərc olunmuş materiallara əsasən, “Azərişıq” “Sensemi DMCC of Dubai” ilə sözügedən sayğacların alınması haqqında müqavilə bağlayıb. Müqavilənin dəyəri 480 min dollardır.