Əsas səhifə Şirkətlər Azərbaycanlılara Ukrayna şirkətində vəzifə verildi

Azərbaycanlılara Ukrayna şirkətində vəzifə verildi

53

Bir qədər əvvəl Azərbaycanın “Neqsol Holding”inin nəzarətinə keçmiş Ukraynanın 2-ci ən böyük mobil rabitə operatoru “Vodafone Ukraine” SC-in Müşahidə Şurası yenidən təşkil olunub.

Bu barədə şirkətin internet səhifəsində məlumat verilib.

Məlumata görə, bununla bağlı qərar “Vodafone Ukraine”nin səhmdarlarının dekabrın 4-də keçirilmiş növbədənkənar ümumi yığıncağında qəbul edilib. Qərara əsasən, “Neqsol Holding”in menecerləri Şuraya seçilib. Onlar aşağıdakılardır:

Rişad Əliyev  – 2017-ci ildən “Azerconnect” şirkətinin maliyyə direktorunun müavini, əvvəllər “Azerfon”un Mühasibatlıq və xəzinədarlıq direktorunun direktoru

İmran Əhmədzadə – 2017-ci ildən “Neqsol Holding”in Baş maliyyə direktoru, “Nobel Oil Services”in Direktorlar Şurasının üzvü

Yusif Cabbarov – 2015-ci ildən “Nobel Upstream” Direktorlar Şurasının üzvü, 2018-ci ildən “Neqsol Holding”in baş direktoru

Emin Kərimov – 2018-ci ildən “Neqsol Holding”in Baş hüquq direktoru, daha əvvəl “PwC Azerbaijan”da hüquq üzrə baş menecer

Meric Tunc – 2018-ci ildən “Neqsol Holding”in insan kapitalı üzrə baş direktor, daha əvvəl “Samsung Elecrtonics”də eyni adlı vəzifədə çalışıb.

“Neqsol Holding” “Vodafone Ukraine”nin səhmlərinin alınmasını ötən ilin dekabr ayında başa çatdırıb. Sövdələşmənin dəyəri 734 milyon ABŞ dolları təşkil edib. Müxtəlif ölkələrdə və sahələrdə 25 ildən artıq iş təcrübəsinə malik “Neqsol Holding” Böyük Britaniya, ABŞ, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Banqladeş kimi ölkələrin neft-qaz, telekommunikasiya, high-tech, inşaat sektorlarında fəaliyyət göstərir.