Əsas səhifə Şirkətlər Azərbaycanlı milyarderin şirkəti ləğv olunur

Azərbaycanlı milyarderin şirkəti ləğv olunur

1087
Paylaş
fərhad əhmədov farhad ahmedov
“Aznar” ləğv olunur

Oktyabrın 25-də “Aznar” QSC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Şirkətin yaydığı elana gör, iclasın gündəliyinə “Aznar” QSC-nin ləğv edilməsi, ləğvetmə komissiyasının təyin edilməsi və ləğvetmə ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi kimi məsələlər daxildir.

“Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar növbədənkənar ümumi yığıncağın çağırılmasına 15 gün qalmış gündəliyə daxil olan məsələlər üzrə müvafiq materiallarla Teymur Əhmədov adına “Aznar” QSC-nin inzibati binasında tanış olmaq olar hüququna malikdirlər”, – deyə məlumatda vurğulanıb.

fərhad əhmədov farhad ahmedov

Qeyd edək ki, şirkətin təsisçi və majoritar səhmdarı milyarder Fərhad Əhmədovdur. Həmçinin F. Əhmədov 2012 ildən “Aznar” Direktorlar Şurasının sədridir.

“Aznar” Göyçayda zavoda və nar bağlarına malikdir.  Şirkət “Grante” nar şirələrini dünyanın bir neçə ölkəsinə ixrac edir.

© APA