Əsas səhifə Biznes sahələri Texnologiya Azərbaycanlı gənclərin yaratdığı sosial şəbəkə günün “app”ı seçildi!

Azərbaycanlı gənclərin yaratdığı sosial şəbəkə günün “app”ı seçildi!

1407
Paylaş

Üç azərbaycanlı gənc – Rasim Əliyev, Teymur Bağırlı və Tural Qurbanov kinosevərlər üçün sosial şəbəkə yaradıblar. “Raters” adlı sosial şəbəkə avqust ayının 17-də “İOS” platformasında designnominees.com tərəfindən günün “app”ı seçilib.

“Raters” – inandığınız insanların rəylərinə istinad edərək maraqlı kinoları tapmaq üçün sadə və əyləncəli yoldur.

Kinoları siyahınızda yadda saxlaya, xoşunuza gələnləri dostlarınızla bölüşə və digərlərinin hansı kinoya baxdıqlarını öyrənə bilərsiniz.

Qeyd olunan linkdən daha ətraflı məlumat əldə edə bilərsiniz: http://ratersapp.com/


©moneta.az