Azərbaycanlı dünyada böyük otellər şəbəkələrindən birində vəzifəyə təyin olunub

Date:

Paylaş:

Azərbaycanın turizm və otelçilik üzrə tanınmış mütəxəssislərindən biri olan İlkin Rüstəmov dünyanın qabaqcıl otel şəbəkələrindən olan “Serena Hotels Group”da vəzifəyə təyin edilib.

“Bizplus.az” xəbər verir ki, bu barədə İlkin Rüstəmov özü məlumat verib.

Bu qrup öz idarəçiliyində dünya üzrə 40-dan artıq lyuks sinfinə daxil olan otellər şəbəkəsini birləşdirir. İlkin Rüstəmov “Serena Hotels Group”un Tacikistanın paytaxtı Duşanbə şəhərində yerləşən və bu ölkənin ən prestijli otel-turizm kompleksi olan “Serena Hotel Dushanbe”nin Satış və Marketinq departamentinin direktoru vəzifəsinə təyin olunub.

Xatırladaq ki, İlkin Rüstəmov bundan öncə Azərbaycanda “Fairmont Hotels”, “Rixos Hotels”, “Absheron Hotel Group” and “PMD Hospitality Group”da Satış və Marketinq üzrə müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. O, həmçinin çoxsaylı beynəlxaq turizm sərgilərinin iştirakçısı olmuşdur və ölkəmizin turizm potensialının tanıdılması üzrə fəal turizm peşəkarlarından biridir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...