Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Azərbaycanlı biznesmen dünyanın 42-cisi oldu

Azərbaycanlı biznesmen dünyanın 42-cisi oldu

40
Paylaş

Azərbaycan əsilli iş adamı, “Lukoyl”un prezidenti Vahid Ələkbərov dünyanın 42-ci  ən zəngin adamı olub.

Bu barədə “Bloomberg” agentliyi məlumat verib. Bidlirilib ki, biznesmen 22,8 milyard dollar sərvətlə bu yerdə qərar tutub.

Dünya neftinin 2%-ni hasil edən “Lukoyl” şirkətinin sahibi olan Vahid Ələkbərov son 1 həftədə neft bazarındakı gərginlikdən dolayı 531 milyon dollar itirib. Buna görə də, fevralın 5-nə olan reytinqdə iş adamı 23,4 milyard dollar gəlirlə 39-cu yerdə olub. Yenilənmiş siyahıda isə 42-ci pilləyə düşüb.

Qeyd edək ki, yaxınlarda 70 illik yubilyeyini qeyd edəcək Vahid Ələkbərov 1950-ci ildə Bakıda anadan olub.