Əsas səhifə Biznes Azərbaycanlı iş adamları Türkiyəyə bu qədər investisiya yatırıb

Azərbaycanlı iş adamları Türkiyəyə bu qədər investisiya yatırıb

783
Paylaş

Bu ilin yanvar-avqust aylarında Türkiyəyə 4 milyard 851 milyon dollar xarici investisiya yatırılıb. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,8 faiz artım deməkdir. Belə ki, ötən ilin 8 ayı ərzində bu məbləğ 3 milyard 767 milyon dollar olub.

Bizplus.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu ilin 8 ayı ərzində Türkiyəyə ən çox investisiya  Hollandiya, İspaniya, Azərbaycan və Avstriyadan yönəldilib.

Hollandiya Türkiyəyə 1 milyard 501 milyon dollar, İspaniya 1 milyard 46 milyon dollar, Azərbaycan 355 milyon dollar, Avstriya isə 308 milyon dollar investisiya yatırıb.