Əsas səhifə Biznes Azərbaycanlı iş adamı yatıracağı sərmayələrin həcmindən danışdı

Azərbaycanlı iş adamı yatıracağı sərmayələrin həcmindən danışdı

635
Paylaş
vahid ələkbərov

“LukOil”  üç illik inkişaf və on il müddətinə konsepsiya proqramı hazırlayır. Hansı ki, bu proqramlar çərçivəsində 80-85 milyard dollar investisiya yatırmağı hədəfləyir. 

Vahid Ələkbərov

Oxu.Az xəbər verir ki, şirkətin rəhbəri Vahid Ələkbərov neft hasilatının 100 milyon ton ətrafında saxlanacağını deyib. Qaz hasilatının isə 35-40 milyard kubmetrə çatdırılması proqnozlaşdırılır: “Biz hesab edirik ki, qarşıdakı 10 ildə biz 1,1-1,2 milyard ton təbii qaz ehtiyatı yarada bilərik”.

V.Ələkbərov üç illik proqram dövründə neftin qiymətini 50 dollar, dolların rubla nisbətdə məzənnəsini 62-64 rubl hesabladıqlarını deyib.