Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Azərbaycanın sığorta bazarı 9% kiçilib

Azərbaycanın sığorta bazarı 9% kiçilib

92
Paylaş
sığorta
sığorta

Bu ilin yanvar-may aylarında Azərbaycandakı 21 sığorta şirkətinin xətti ilə 319,272 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9% azdır.

5 ay ərzində sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 93,778 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 3,8% azdır.

2019-cu ilin yanvar-may aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 29,4 manatı ödəniş edilib. 2018-ci ilin müvafiq dövründə bu göstərici 27,8 manat olub.