Əsas səhifə Biznes Azərbaycanın şəkər zavodu Gürcüstanda fəaliyyətini bərpa edəcək

Azərbaycanın şəkər zavodu Gürcüstanda fəaliyyətini bərpa edəcək

25
Paylaş

“Azərsun Holdinq” MMC-nin Gürcüstanın Kareli şəhərinin Aqara kəndində inşa etdiyi və 2016-cı ilin noyabr ayından fəaliyyətini dayandırmış şəkər zavodu yenidən işə düşə bilər. 

Bu barədə qonşu ölkənin baş naziri Giorgi Qaxaria məlumat verib. 

Onun sözlərinə görə, Gürcüstan iqtisadiyyatının inkişafı ilə bağlı proqramlarda yerli istehsala xüsusi diqqət yetiriləcək: “Odur ki, “Aqara” şəkər zavodu da fəaliyyətini bərpa etməlidir: Nəinki Gürcüstanda, bütün bölgədə ərzaq tədarükünün tələbat və strukturu dəyişib. Bir neçə ay öncə effektivlik baxımdan aktual olmayan bu cür istehsal sahələrinin bu gün əhəmiyyəti artıb”.

“Aqara” şəkər zavodundan hökumətin fəaliyyətin bərpası ilə bağlı çağırışının gözlənilməz olduğu bildirilib. Qeyd olunub ki, istehsalın bərpası üçün ən azı iki ay tələb olunacaq.

Xatırladaq ki, vaxtilə sözügedən müəssisədə 481 nəfər çalışıb.