Əsas səhifə Satışda olan bizneslər Kənd təsərrüfatı Azərbaycanın qida məhsullarının ixrac göstəriciləri müsbətdir

Azərbaycanın qida məhsullarının ixrac göstəriciləri müsbətdir

31
Paylaş

“Ötən il 580 934 ton meyvə-tərəvəz və 61 089 ton kartof müvafiq sertifikatla təmin olunaraq ixrac edilib”.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

O bildirib ki, həmin meyvə və tərəvəz məhsullarından cəmi 8 avtonəqliyyat vasitəsi ixrac olunduğu ölkələrdən geri qaytarılıb.

Sədr qeyd edib ki, bu meyvə tərəvəz məhsullarının ümumi ixracının 0,02 %-ni təşkil edir: “Bunlar ciddi göstəricilərdir və Azərbaycan qida məhsullarının etibar qazanmasının bariz göstəricisidir”.