Əsas səhifə Biznes İş qadını Azərbaycanın ilk Rəsmi alt paltar brendinin təsisçisi biznesi necə yaratdığından danışdı

Azərbaycanın ilk Rəsmi alt paltar brendinin təsisçisi biznesi necə yaratdığından danışdı

786

Müsahibimiz Azərbaycanın ilk Rəsmi alt paltar brendinin təsisçisi Nərminə Zeynalzadədir.

  • Nərminə xanım, özünüz haqqında qısaca məlumat verməyinizi xahiş edirəm. Biznesə gəlməmişdən öncə Nərminə Zeynalzadə kim idi?

Mən uşağlıqdan bilirdim ki, öz biznesimi quracam. Bu təkcə arzu yox, məqsəd idi. Mənim atam mənə həmişə nümünə idi, 3 yaşımda artıq onun mağazasında pullar sayırdım və məqsədli olub məqsədinə çatmaq xüsüsiyətini ondan götürmüşəm.  Milli Aviasiya Akademiyasında İqtisadiyyat və Hüquq fakultəsinin Menecment üzrə ali təhsil almışam. Çox vaxtı hamı düşünür ki, Milli Aviasiya Akademiyasında ancaq aeroporta aid olan ixtisaslardır, amma mənim ixtisasım elədir ki, bütün fəalliyət sahələrinə uyğundur, çünki personalın idarə etməsi bütün sahələrdə eyni bacarıq tələb edir. Bunun üçün təkcə universitetdə alınan billik yox, şəxsi keyfiyyətlər də çox vacibdir. Universitetdə təhsil alarkən – networking şirkətlərdə, bir neçə xarici şirkətlərdə xidmət auditi  üzrə çalışırdım, ümümi iş təcrübəm isə 7 ildir.

  • Confidencе necə yarandı?

Birinci şirkətin adı yaranıb. Mən illər öncə, biznesimin sahəsi nə olacağını hələ bilməyəndə – şirkətin adını artıq seçmişdim. Confidence inam deməkdir. Mən istəyirdim ki, mənim işimə, yaratdığım məhsula və xidmətə adamların inamı olsun. Adını ingilis dilində seçdim, çünki həmişə istəmişəm ki, şirkətimin məhsulu xarici bazara çıxarılsın və Azərbaycan brendinin məhsulu kimi ixrac olunsun.

  • Alt paltar brendini yaratmaq ideyaya necə gəldiniz və şirkəti necə yaratdız?

4 il öncə bir bahalı mağazada krujevadan dəst gördüm. Onun qiyməti 500 aznə yaxın idi, dəst çox gözəl idi və mən düşündüm ki, hər bir qadın belə dəst geyinib özünü rahat və cəlbedici hiss edər, amma qiyməti kifayət gədər yüksək olduğuna görə çox az qadın belə dəsti ala bilər. Mən o dəsti görəndə hələ heç bir mağazada bu tipli modellər yox idi. Və mən məqsəd qoydum ki, Azərbaycanın alt paltar brendini təsis edəcəm.  Belə gözəl, rahat dəstləri keyfiyyətli parçalardan, amma münasib qiymətə, yaradıb çox saylı xanımlara özünə güvvən və inam bəhş edə bilərəm.

Bir neçə  şirkətdə çalışarkən vəsait toplayırdım. Universiteti bitirib ideyamı həyata keçirtməyə başladım. Sonra Confidence MMC-ni yaratdım, ən birinci addımlardan biri rəsmi sənədləşmə idi. Şirkəti rəsmi qeydiyatdan keçirəndə xidmət edən əməkdaşlardan təbriklər almışam – çünki Confidence Azərbaycanın ilk Rəsmi alt paltar brendi oldu. İkinci addım qiymət siyasətin formalaşması oldu. Confidence-in qiymət siyasəti – çevikdir, müştəri ölçünü, parçanı və fasonu seçərkən, dəstin qiymətini tənzimləyir.

Birinci xərclər tikiş maşınlarının alınmasına, parçalara, dərzilərin alt paltarı tikmək öyrənməsi üçün təlimlərə ayrılmışdır. Anam sağ olsun mənə çox kömək edib, çünki mən biznesin yaranmasında, biznesin idarə etməsində hər şeyi necə etmək lazımdır hiss etsəmdə, tikiş işinin inciliklərini tam olaraq bilmirdim. Anam isə cavanlıqda tikiş kursları bitirmişdir və alt paltar brendin yaranması  fikrimə gələndə bundan xəbərim yox idi , artıq işə başlayanda isə anam mənə  təkcə mənəvi dəstək yox, iş prosesində kömək edə biləcəyini də xəbər aldım.

  • Təsis etdiyiniz şirkətin məhsulları nədən ibarətdir? Bu çeşidlərin artırılması nəzərdə tutulurmu?

Confidence-nin əsas məhsulu qadınlar üçün əl işi olan alt paltardır, amma aksessuarlar, krujevadan bəzi geyimlər də tikirik. Çox vaxtı kişilər soruşur onlar üçün məhsullarımız varmı, ona görə kişilər üçün alt paltarın tikişi planda var.

  • Məhsulları xaricidən sifariş edən olubmu?

Bəli olub və olur – İsveçdən, İtaliyadan, Belçikadan, Çexiyadan, İngiltərədən – əksəriyyəti xaricdə yaşayan azərbaycanlı xanımlardır, amma xarici vətəndaşlarda sifariş edirlər. Bu ölkələrə nisbətən bizim qiymət daha münasibdir və Confidence keyfiyyətindən razıdılar deyə bizə müraciət edirlər J

  • Hazırda biznes hansı mərhələdədir, xərclərini çıxarılması prosesi neçə aydan sonraya nəzərdə tutulub?

Confidence iki ildən artıq fealiyyət göstərir, üçüncü aydan xərclərini çıxarmağa başladı, hal-hazırda hər ay gəlir artır, amma biznesin inkişafı üçün təmiz gəliri çalışıram yenə dövriyəyə buraxım.

  • Biznesin qurulmasında sizə ən çətin gələn nələr oldu və nələr olur?

Mənim üçün ən çətini – adamların düzgün olmayan fikirlərinə və sözlərinə fikir verməmək. Bəzən olur ki, sözlər çatır mənə – “cavan qızdır, necə yəni biznes qurub? Yəqin ailəsinin və ya kiminsə hesabına iş qurub”. Bu kimi sözlər mənim kimi insanın xətrinə çox dəyə bilər. Bir neçə şirkətdə parallel işləyib, işimin online  olmasına baxmayaraq – hərdən gündə 3-4 saat yatıb, öz zəhməti ilə başlanğıc kapitalı toplayıb işə başlamaq və bu kimi sözlər eşidəndə istər istəməz pis olursan. Amma mən çox yaxşı başa düşürəm ki, bu kimi fikirlər ancaq zəif və heçnəyə nayil olmayan insanların fikrinə gələ bilər. Çünki nəisə yaradan, nəyəsə nayil olan adamlar çox yaxşı anlayır bu necə böyük zəhmətdir.

  • Biznes yaratmaq istəyən xanım və bəyləri nələri tövsiyyə edərdiniz?

Əsas düzgün məqsədin qoyulmasıdır. Gərək nə istədiyini və hansı müddətə onu əldə etmək istəyini müəyyən edəsən. Heç vaxt təslim olmasınlar. Əgər məqsəd qoyuldusa gərək hərəkət edib o məqsədə çatasan. Mənim bəxtim gətirdi ki, yaxınlarım, ailəm həmişə  ideyalarımı dəstəkliyirdilər. Amma çox adamın ətrafında olan adamlar yeni ideyalara və  biznesə qarşı şübhə ilə yanaşırlar, və istedadlı adamın potensialını məhf edə bilərlər. Gərək heç kimin fikrinə uymayasan və daxildən gələn səsi həmişə dinləyəsən.

Şirkətlə əlaqə vasitələri: