Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycanın bahalı məhsulları piştaxtalarda qaldı

Azərbaycanın bahalı məhsulları piştaxtalarda qaldı

27
Paylaş

Rusiyanın Uzaq Şərq regionunda Çinlə sərhədin açılmasından sonra İran, Azərbaycan və digər ölkələrdən gətirilən bahalı tərəvəzlər piştaxtalarda qalıb.

Primorye vilayəti rəhbərliyinin mətbuat xidməti bəyan edib ki, bölgənin pərakəndə satış şəbəkələrinə hər gün 250 ton tərəvəz gətirilir.

Son iki həftə ərzində isə Çindən Primorye regionuna 230 yük maşını gəlib.

Qeyd edək ki, Rusiyanın Baş naziri Mixail Mişustin yanvarın 30-da ölkənin Uzaq Şərq regionunda Çinlə sərhədin bağlanması barədə sərəncam imzalamışdı.

Bu sərəncam koronavirusun yayılmasının qarşısının alınması məqsədilə verilmişdi.

Primorye və Amur bölgəsində Çin ilə yük daşımalarının dayandırılmasından sonra göyərti, pomidor, xiyar, bibərin qiyməti kəskin bahalaşmışdı.