Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Azərbaycanın axtarışa verdiyi biznesmen Ukraynada saxlanılıb

Azərbaycanın axtarışa verdiyi biznesmen Ukraynada saxlanılıb

347
Paylaş

Azərbaycan dövlətinin “İnterpol” xətti ilə axtarışa verdiyi 41 yaşlı Adil Ələsgərov Ukraynada saxlanılıb.

Bizplus.az Report-a istinadən xəbər verir ki, “ADF” şirkətinin prezidenti olan A.Ələsgərov vergi ödəməkdən yayındığına görə barəsində cinayət işi başlanıb.

Hazırda biznesmenin Azərbaycana ekstradisiyası üçün işlər davam etdirilir.

Qeyd edək ki, “ADF” şirkəti Azərbaycana avtomobil ehtiyat hissələri gətirirmiş.