Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Azərbaycanın 2 böyük kapitallı şirkəti birləşib

Azərbaycanın 2 böyük kapitallı şirkəti birləşib

65
Paylaş

“ŞƏMKİR AQROPARK” Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən təşkil edilib. 

“ENGA MART” MMC fəaliyyətinə xitam verilərək “ŞƏMKİR AQROPARK” Məhdud Məsuliyyətli Cəmiyyətinə qoşulduğunu elan edir.

Həmçinin “ŞƏMKİR AQROPARK” Məhdud Məsuliyyətli Cəmiyyəti “ENGA MART” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edir.

4 milyon 930 min 938 manat nizamnamə kapitalına malik olan “ENGA MART”  2014-cü ildə yaradılmışdı. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm ev 9-dur.

14 milyon 501 min 820.87 manat nizamnamə kapitalına malik olan “ŞƏMKİR AQROPARK” MMC də 2014-cü ildə yaradılıb. Bu şirkətin hüquqi ünvanı Şəmkir şəhəri, Heydər Əliyev prospekti, ev 17-dir.

Hazırda hər iki şirkətin direktoru Böyükağa Mustafayevdir.