Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Azərbaycanın 118 ton kənd təsərrüfatı məhsulu Rusiyaya buraxılmayıb

Azərbaycanın 118 ton kənd təsərrüfatı məhsulu Rusiyaya buraxılmayıb

54

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Dağıstandakı bölməsi Azərbaycana məxsus 118 ton kənd təsərrüfatı məhsulunun ölkəyə girişinə qadağa qoyub.

“İnterfaks” agentliyi xəbər verir ki, söhbət 32 ton pomidor, 53 ton gilas, 20 ton noxud və 13 ton çiyələkdən gedir.

Bununla yanaşı, Rusiya tərəfi Gürcüstandan şaftalı, İrandan isə bibər idxalına qadağa qoyub. “Rosselxoznadzor” nümayəndələri qadağaları məhsullarda zərərvericilərin aşkar edilməsi ilə izah edib.

Rəy bildir

Please enter your comment!
Please enter your name here