Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycandan Gürcüstana sement ixracı artıb

Azərbaycandan Gürcüstana sement ixracı artıb

376
Paylaş

2018-ci ildə Azərbaycandan Gürcüstana 18 milyon 471,2 min ABŞ dolları dəyərində 347,341 min ton sement ixrac olunub.

Bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Ötən il Azərbaycandan qonşu ölkəyə ixrac edilmiş sementin dəyəri 3  milyon 178,9 min dollar, həcmi isə 28 435,5 min ton artıb.

Xatırladaq ki, 2017-ci ildə Gürcüstan Azərbaycandan 15 milyon 292,3 min dollar dəyərində 318 905,5 min ton sement idxal edib.