Əsas səhifə Xəbərlər Biznes xəbərləri Azərbaycandakı avropalı sahibkarların bir qismi MBNP-dən narazıdır

Azərbaycandakı avropalı sahibkarların bir qismi MBNP-dən narazıdır

159
Banker.az

Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqının (Aİ) 100-dən artıq şirkəti Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) fəaliyyətini səmərəsiz hesab edir.

Bu, Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə keçirilən sorğunun nəticəsində məlum olub. Sorğu 27 Aİ ölkəsini əhatə edən 400-ə yaxın şirkət arasında keçirilib.

Sorğunun nəticəsinə görə, sahibkarların 31%-i MBNP-nin fəaliyyətini səmərəsiz hesab edir. Onların 82%-i isə ASAN e-viza portalının effektivliyini yüksək qiymətləndirir.

Respondentlərin 50%-i bu il iqtisadi perspektivlərin yaxşılaşacağını gözləyir, 53%-i isə biznes fəaliyyətini genişləndirməyi planlaşdırır. Həmçinin 35% sorğu iştirakçısı işçilərinin sayını artırmağı, 36%-i kapital xərclərini artırmağı planlaşdırır. 48% respondent isə gəlirlərinin artacağını düşünür.

Aİ şirkətləri ölkədə bir sıra vacib sahələrdə islahat da təklif edib: “20% vergi sistemində, 17% gömrük sistemində islahat istəyir. Hüquq sistemi və təhsil sistemində islahat istəyənlərin həcmi isə 12%-dir”.