Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycanda yumurta istehsalı 2%-dən çox azalıb

Azərbaycanda yumurta istehsalı 2%-dən çox azalıb

230
Paylaş

Bu ilin yanvar-dekabr aylarında Azərbaycanda diri çəkidə ət istehsalı 3,0% artaraq 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 556,6 min ton, süd istehsalı 2,8% artaraq 2 080,4 min ton təşkil edib.

“Bizplus.az”ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin 10 ayı ərzində ölkədə yumurta istehsalı 2,3% azalaraq 1674,7 mln. ədəd, yun istehsalı 1,2% azalaraq 15,8 min ton olub.

Bundan başqa, ölkədə 514 ton (keçən il 245 ton) barama istehsal olunub ki, bu da son 20 ilin ən yüksək göstəricisidir.