Əsas səhifə Biznes sahələri Avtomobil Azərbaycanda yapon maşınları bahalaşır

Azərbaycanda yapon maşınları bahalaşır

39
Paylaş

Bu ilin birinci yarısının sonuna Azərbaycana idxal olunan Yaponiya istehsallı avtomobillər təxminən 5-10% bahalaşa bilər.

Bunu “Toyota Bakı Mərkəzi”nin PR meneceri Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, ötən ilin sonundan başlayaraq Yaponiyada bir çox avtomobil istehsalçısının zavodlarında rekonstruksiya işləri aparılır: “Seysmik zonalarda yerləşmələri səbəbindən zavodlar bir yerdən digər yerlərə köçürülür. Bu, həm avtomobil yığımı ilə məşğul olan, həm də avtomobil hissələrini istehsal edən zavodlara aiddir. Eyni zamanda zavodlarda çeşidləmə prosesi gedir. Bu səbəbdən avtomobil bazarında, əsasən də Yaponiya istehsallı olan avtomobillərin qıtlığı yarana bilər”.