Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Azərbaycanda xanım “Uber” və “Bolt”a alternativ yaradıb

Azərbaycanda xanım “Uber” və “Bolt”a alternativ yaradıb

59
Paylaş

Azərbaycanda yeni taksi xidməti – “Get Taxi” MMC  və ya “Get Taksi AZ” dövlət qeydiyyatına alınıb.

Bizplus.az Banker.az-a istinadən xəbər verir ki, şirkətin nizamnamə kapitalı 10 manat olmaqla qanuni təmsilçisi Abışeva Xumar İlqar qızı adlı fiziki şəxsdir.

Taksi sifarişinin operatora zəng etmədən mobil əlavə vasitəsi ilə  təyin etmək olur və bunu Azərbaycanda “Uber AZ” və “Bolt” kimi dünya brendləri artıq bir neçə ildir ki gerçəkləşdirə bilib.

Analoji bir şirkət kimi Azərbaycanda ilk yerli taksi xidməti kimi “Enar” taksi xidməti gerçəkləşdirmək istəmişdi, lakin bazar üzrə araşdırmaçılar bildirir ki, onun bazarda böyük rəqibləri vardır və bu rəqiblər önündə onun daha da inkişaf etməsi imkansız.

Ola bilər ki, yeni şirkət “Get Taksi” bunun üçün bazarı araşdırıb və bu barədə uğurlu edə bilər.

“Get Taksi AZ” şirkətin qanuni olaraq Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rəhimov ev.12664 m.8. ünvanında qeydiyyata alınıb.

Ölkədə sürücü bolluğundan istifadə edərək istər zəng istərsə də mobil tətbiqlər vasitəsi ilə verilən sifarişlər böyük fərqlə ucuz qiymət tətbiq etməklə müştəri diqqətinə keçmək istəyirlər. Bazarda bu “tikədən” qoparmaq üçün əksər hallarda keyfiyyəti nəzərə alınmır.

“Get Taksi AZ” həm Android həm də iOS əməliyyat sistemlərindən yükləmək mümkündür.