Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycanda və İranda ərzaq məhsullarının qiyməti

Azərbaycanda və İranda ərzaq məhsullarının qiyməti

62
Paylaş

Xəbər verdiyimiz kimi, İranda benzinin qiymətinin bahalaşmasına etiraz edən milyonlarla insan ötən ilin noyabr ayından etibarən kütləvi etiraz aksiyalarına başlayıblar.

Bizplus.az xəbər verir ki,  etiraz aksiyası zamanı yüzlərlə insanın öldürüldüyü, minlərlə insanın həbs edildiyi qeyd olunub.

Ötən gün İran İslam İnqilabı Keşikçilәr Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı general Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra İrandakı kütləvi aksiyalar da sona çatıb.

Ekspertlər bildirirlər ki, Qasım Süleymaninin ölümü kütləvi aksiyaları təxirə salsa da, ölkədəki sosial-iqtisadi vəziyyətin ağırlaşması müəyyən dövrdən sonra insanların yenidən küçələrə çıxmasına səbəb olacaq.

BVF-nin məlumatına görə, hazıra İran dünyada ən yüksək inflyasiyanın olduğu 7-ci ölkə hesab olunur. 27%-lik inflyasiyanın olduğu İranda aylıq əmək haqqının real dəyəri sürətlə aşağı düşür. Ərzaq məhsullarının qiyməti isə sürətlə bahalanır. İran mətbuatında yer alan məlumatlardan belə görünür ki, artıq 1 kiloqram mal ətinin qiyməti 1 milyon rialı (24 dollar) ötüb.

Müqayisə üçün orta aylıq nominal əmək haqqının 318 dollar (13,4 milyon rial) olduğu İranda və orta aylıq nominal əməkhaqqının 361 dollar (614 manat) olduğu Azərbaycandakı ərzaq məhsullarının qiymətlərini təqdim edirik:

Ərzaq məhsullarıAzərbaycandaİran
Mal əti – 1kq 6,7 $ 24 $
Süd -1 litr 0,9 $ 0,9 $
Düyü (uzun) – 1 kq 1,1 $ 2,9 $
Yumurta  – 12 ədəd 1,15 $ 1,7 $
Pendir – 1 kq 3,7 $ 4 $
Alma  – 1 kq 0,8 $ 1,4 $
Banan – 1 kq 1,4 $ 2,2 $
Pomidor – 1 kq 0,8 $ 0,9 $
Kartof – 1 kq 0,6 $ 0,7 $

Yeniavaz