Əsas səhifə Biznes Azərbaycanda türk iş adamlarının təşkilatı fəaliyyətə başlayıb

Azərbaycanda türk iş adamlarının təşkilatı fəaliyyətə başlayıb

691
Paylaş

Azərbaycanda Türkiyədən olan iş adamlarının təşkilatı – Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) fəaliyyətə başlayıb.

“Report” xəbər verir ki, yeni qurumun ölkə üzrə 35 üzvü var.

Bunun isə yarısı azərbaycanlı iş adamlarıdır.

MÜSİAD-ın Azərbaycan bölməsinin İdarə Heyətinin sədri Abdurrahman Uzun jurnalistlərə açıqlamasında bildirib ki, hədəf qarşıdakı 3 ildə üzvlərin sayını 500-ə çatdırmaqdır: “İlin sonuna qədər bu rəqəmi 100-ə, qarşıdakı 3 ildə isə 500-ə çatdırmaq istəyirik. MÜSİAD Türkiyədə 1990-cı ildə 12 iş adamı tərəfindən yaradılıb. Hazırda 68 ölkədə fəaliyyət göstərən 181 şöbəsi, 11 mindən çox üzvü, 50 mindən çox müəssisəni təmsil edir və 1,6 mln. nəfəri işlə təmin edir”.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum 2018-ci ildə sahibkarları bir araya gətirib biznes ortaqlığı yaratmaq və biznes fəaliyyətini inkişaf etdirmək məqsədi ilə MÜSİAD-ın şöbəsi olan 4 ölkəyə işgüzar səfər təşkil etmək niyyətindədir.