Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Azərbaycanda tanınmış tikinti şirkəti bölündü

Azərbaycanda tanınmış tikinti şirkəti bölündü

105
Paylaş

Azərbaycanda tanınmış tikinti şirkəti “Şərur” MTK bölünüb. 

“Marja” xəbər verir ki, “Şərur” Mənzil-Tikinti Kooperativi onun tərkibindən yeni “STİL TİKİNTİ 2019” Mənzil-Tikinti Kooperativinin ayrılması nəticəsində yenidən təşkil olunduğunu elan edib.

2001-ci ildə yaradılmış  “Şərur” MTK 123 min manat nizamnamə kapitalına malik olub. Şirkətin qanuni təmsilçisi İsfəndiyar Axundovdur.

2018-ci ilin Dekabr ayında  “Stil Tikinti” Mənzil-Tikinti Kooperativi “Şərur” Mənzil-Tikinti Kooperativinə qoşulmuşdu. “Stil Tikinti” MTK isə ləğv olunduğunu elan etmişdi.

“Şərur” MTK isə “Stil Tikinti” MTK-nın ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan etmişdi.

2004-cü ildə yaradılmış “Stil Tikinti” MTK-nın qanuni təmsilçisi Mehti İsfəndiyar oğlu Axundovdur.

Beləliklə, 2018-ci ilin Dekabr ayında “Şərur” MTK-ya “Stil Tikinti” MTK olaraq birləşən şirkət 2019-cu ildə “STİL TİKİNTİ 2019” MTK adı ilə ayrılır.