Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Azərbaycanda şirə istehsalı 40% artıb

Azərbaycanda şirə istehsalı 40% artıb

301
Paylaş

2018-ci ildə Azərbaycanda meyvə və tərəvəz şirələri istehsalı təxminən 40% artıb. Eyni zamanda, rəsmi məlumatlara görə istehsalın əsas hissəsi ixrac olunur.

Dövlət Statistika Komitəsinin sənaye üzrə illik hesabatına əsasən, 2018-ci ildə bütün sənaye subyektləri, habelə ev təsərrüfatları 28 milyon 587 min litr şirə istehsal edib. Bu, 2017-ci ildəkindən 8,1 milyon litr çoxdur. İstehsal strukturunda meyvə şirlərinin qarışığı üstünlük təşkil edir – 965,8 min delalitr (1 dekalitr – 10 l). Ötən il nar şirəsinin istehsalı (511,4 min) 14,1 faiz artıb.