Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycanda sahələri dolu və sel vurdu – REKORD MƏBLƏĞDƏ SIĞORTA ÖDƏNİŞİ

Azərbaycanda sahələri dolu və sel vurdu – REKORD MƏBLƏĞDƏ SIĞORTA ÖDƏNİŞİ

22

Azərbaycanın sığorta sektorunda kənd təsərüfatı risklərinin sığortası üzrə böyük ödəniş edilib.

Bu barədə “Bizplus.az”-a «Azərbaycan Sənaye Sığorta» ASC-dən bildirilib.

Qeyd edək ki, sözügedən şirkət kənd təsərrüfatı bitkiləri sığortası üzrə bazar payı ən çox olan şirkətlərdən biridir. Azərbaycanın 28 rayonunu əhatə edən, böyük əksəriyyəti fiziki şəxslərə aid, ümumilikdə 12 062,96 hektar yazlıq şəkər çuğunduru əkin sahələri yanğın, dolu, sel , daşqın, şaxta vurması risklərindən sığortalanıb.

“Azərbaycan Sənaye Sığorta”  ASC 2018-ci ilin dekabr ayında Kənd təsərrüfatı bitkilərinin sığortası üzrə sən böyük sığorta ödənişini həyata keçirib. Belə ki,  Füzuli və Tərtər rayonlarında şəkər çuğunduru əkin sahələrinə dolu və sel nəticəsində ciddi ziyan dəyib. 15 fermerin əkdiyi şəkər çuğundurunun  36,5 hektarlıq sahəsinə dəymiş zərər üçün ümümilikdə 115 885,56 manat sığorta ödənişi verilib.

Qeyd edək ki, 2017-ci ildə ən böyük sığorta ödənişi Kənd təsərrüfatı bitkilərinin sığortası növü üzrə 1 318 065 manat həcmində həyata keçirilmişdir. Bu ödəniş sığorta bazarında bu növ üzrə ən böyük sığorta ödənişidir.

Rəy bildir

Please enter your comment!
Please enter your name here