Əsas səhifə Biznes sahələri Avtomobil Azərbaycanda “Peugeot” markalı avtomobillər istehsal ediləcək – SATIŞ TARİXİ

Azərbaycanda “Peugeot” markalı avtomobillər istehsal ediləcək – SATIŞ TARİXİ

423
Paylaş

Ötən il “Xəzər” avtomobil zavodunda mindən artıq avtomobil istehsal olunub.

“Bizplus.az”-ın məlumatına görə, bunu bu “Xəzər” avtomobil zavodunun direktoru Emin Axundov regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda bildirib.

E. Axundov deyib ki, bu avtomobillərin 95 faizi satılıb: “Azərbaycan istehsalı olan bu avtomobillərin alışının 40 faizi dövlət qurumlarının payına düşübsə, 60 faizi əhali tərəfindən alınıb ki, bu da istehsal edilən avtomobillərin rəqabətqabiliyyətli olmasının göstəricisidir”.

Direktor “Xəzər” avtomobil zavodunda 2019-cu ilin fevral ayından artıq ilk “Peugeot” markalı avtomobillər istehsal xəttindən satışa çıxacağını nəzərə çatdırıb: “İstehsala başlamaq üçün artıq bütün zəruri avadanlıqlar quraşdırılıb. Həmçinin 2019-cu ilin sonlarından etibarən isə “Khazar” avtomobillərinin ehtiyat hissələrinin bir hissəsini Azərbaycanda istehsal etməyi planlaşdırırıq”.