Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycanda pensiyaçıların sayı 21 min nəfərə yaxın azalıb

Azərbaycanda pensiyaçıların sayı 21 min nəfərə yaxın azalıb

207
Paylaş

Pensiya islahatları ilk nəticələrini verir: Azərbaycanda əmək və əlilliyə görə pensiya alanların sayı 1,3 milyondan aşağı düşüb.

“Bizplus.az” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ilkin məlumatlarına əsasən, 2019-cu ilin əvvəlində ölkədə 1 milyon 299,5 min pensiyaçı olub. Bu, ümumi əhalinin 13,2%-ni təşkil edir. 2018-ci ildə təqaüdçülərin sayı 20.9 min nəfər azalıb.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği 222,6 manata çatıb.

Qeyd edək ki, 2018-ci ilin əvvəlinə ölkədə pensiya-çıların sayı 1 milyon 320,4 min nəfər olmaqla ölkə əhalisinin13,5 faizini təşkil etmişdi. Təyin olunmuş aylıq pensiyaların ortaməbləği 205,5 manata çataraq orta aylıq əmək haqqının 38,9 faizini təşkil etmişdi.