Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycanda parçalar və xalça bahalaşıb

Azərbaycanda parçalar və xalça bahalaşıb

395
Paylaş

2018-ci ilin dekabr ayında qeyri-ərzaq məhsullarının qiymətləri noyabr ayına nisbətən 0,2 faiz, 2018-ci ilin yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 2,6 faiz artıb.

“Bizplus.az” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən il qeyri-ərzaq məhsullarından ən çox parçalar, xalça və digər döşəmə örtükləri bahalaşıb. 2018-ci ildə 2017-ci ilə nisbətən parçalar 4,6%, xalça və digər döşəmə örtükləri 4,9% bahalaşıb.

Ötən ilin Noyabr ayı ilə müqayisədə Dekabr ayında parçalar 1,7% bahalaşıb.