Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Azərbaycanda otellər 9 aya nə qədər gəlir əldə edib? – hesabat

Azərbaycanda otellər 9 aya nə qədər gəlir əldə edib? – hesabat

340
Paylaş
Happy tourist sightseeing city with map

2018-ci ilin yanvar-sentyabr aylarında ölkə üzrə mehmanxanalarda 2 mln. 446,8 min gecələmə keçirilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,4% çoxdur. Gecələmələrin 57,8 %-i Bakıda, 10,6%-i Qəbələdə, 6,6%-i Xaçmazda, hər birində 3,9% olmaqla Naftalan və Qubada, 3,8%-i Qusarda, 2,7 faizi Naxçıvan Muxtar Respublikasında, 1,1 f%-i Qaxda, hər birində 0,8 faiz olmaqla Gəncə və Lənkəranda, 8,0%-i isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.

Bu barədə Bizplus.az-a Dövlət Statistika Komitəindən deyilir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 31,3 faiz artaraq 1 mln. 651,7 min olmuşdur ki, bu da ümumi gecələmələrin 67,5 faizini təşkil edir.

Gecələmələrin 13,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 11,4 faizi Rusiya Federasiyası, 9,9 faizi Səudiyyə Ərəbistanı, 5,2 faizi İran, 4,0 faizi Türkiyə, 3,8 faizi İsrail, 3,6 faizi Hindistan, 3,3 faizi Küveyt, hər biri üzrə 2,7 faiz olmaqla Böyük Britaniya və İraq, 2,6 faizi ABŞ, 2,5 faizi Qətər, 2,2 faizi Pakistan, 1,5 faizi Qazaxıstan, 1,4 faizi Oman, 1,2 faizi Almaniya, 1,1 faizi Bəhreyn,1,0 faizi Ukrayna, 26,6 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür.

Azərbaycan Respublikası vətəndaşları üzrə keçirilmiş gecələmələr ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq 795,1 min gecələmə olmuşdur.

Gəlirləri

2018-ci ilin 9 ayında mehmanxanaların gəlirləri 286,1 milyon manat olmuşdur ki, onun da 68,1 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 23,4 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 3,0 faizi müalicə və sağlamlıq xidmətlərindən, 5,5 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.

Mehmanxanaların nömrə fondundan istifadə səviyyəsinin orta göstəricisi ölkə üzrə 21,9 faiz olmuşdur. Bu göstərici Naftalanda 62,0 faiz, Ağstafada 36,7 faiz, Qəbələdə 35,3 faiz, Bakıda 30,5 faiz, Zərdabda 24,7 faiz, Qubada 24,3 faiz, Şəmkirdə 23,1 faiz, Şirvanda 22,4 faiz, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olmuşdur.

Mehmanxanaların nömrə fondundan istifadə səviyyəsinin orta göstəricisi avqust ayında ən yüksək – 35,1 faiz olmuşdur. Bu göstərici iyul ayında 32,3 faiz, sentyabr ayında isə 23,2 faiz təşkil etmişdir.