Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycanda orta aylıq nominal əməkhaqqı açıqlandı

Azərbaycanda orta aylıq nominal əməkhaqqı açıqlandı

9
Paylaş

2020-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27,8% artaraq 712,1 manat olmuşdur.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, daha yüksək orta aylıq nominal əməkhaqqı iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində qeydə alınmşdır.

2020-ci il fevralın 1-inə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrünə nisbətdə 117,2 min nəfər və ya 7,7% artaraq 1 milyon 641 min nəfər olmuşdur. 

Qeyd edək ki, onlardan 911,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 729,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.