Əsas səhifə Satışda olan bizneslər İstehsal Azərbaycanda orqanik geyim istehsalı planlaşdırılır

Azərbaycanda orqanik geyim istehsalı planlaşdırılır

92
Paylaş

“Azərbaycan gələcəkdə orqanik geyim məhsulları istehsal və ixrac edəcək”.

Bunu Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçılatı İctima Birliyinin (AOPE) sədri Emin Əliyev Bakıda keçirilən “Ölkəmizin orqanik məhsul istehsalı və ixracatı potensialı” adlı konfransda deyib.

“Made in Azerbaijan” brendi altında orqanik məhsul ixrac edəcəyik. Dünya bazarında bu məhsullara ehtiyac var”, – deyə o, qeyd edib.

E.Əliyev həmçinin bildirib ki, Azərbaycanda orqanik pambıq istehsalı üçün şərait var: “Bu da öz növbəsində gələcəkdə orqanik geyim ixracını mümkün edə bilər. Bizim əsas işimiz maarifləndirməkdir. Əsası odur ki, orqanik məhsullar istehsal edənlər bu sahədə maariflənsinlər.

Adətən insanlar “orqanik məhsul” dedikdə, bura təkcə kənd təsərrüfatı məhsullarının deyil, eyni zamanda emal məhsullarının da aid olduğunu bilməlidirlər”.